VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.

BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumat verib.

Bildirilir ki, dövlət başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru Zaur Darabzadə iştirak edib.

Qeyd edək ki, “Nizami” kinoteatrı “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinə məxsusdur.

BAKU.WS
VİDEO

QALEREYA