SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin spikeri Oqtay Əsədov parlamentdə çıxış edən deputatlara xəbərdarlıq edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, iclasda çıxış üçün 5 dəqiqəlik limitin olduğunu xatırladan O.Əsədov deputatlara bunu nəzərə almalarını tövsiyə edib.

“Hörmətli millət vəkilləri! Bilirsiniz ki, çıxış üçün 5 dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır. Ona görə də xahiş olunur 5 dəqiqəyə riayət edək”.

Daha sonra çıxış üçün deputat Tahir Kərimliyə söz verilib.
BAKU.WS