055 213 76 73
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurumlarının xidməti-döyüş fəaliyyəti yoxlanılıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədi İlə görülən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin gücləndirilməsi istiqamətində zəruri tapşırıqlar verilib.
BAKU.WS
QALEREYA