SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu istefa ərizələri ilə bağlı qəbul edərkən onların bu qərarlarının hökumətdə olan digər yaşlı məmurlar üçün də nümunə olacağına inandığını deyib.

Prezidentin bu bəyanatından sonra sosial şəbəkələrdə yaşlı məmurların adları açıqlanır. Həmin şəxslərdən biri də Baş Nazirin birinci müavini Yaqub Eyyubovdur. Bəs görəsən, 74 yaşlı Yaqub Eyyubov Prezidentin bu çağırışına qoşulmaq istəyirmi?

BAKU.WS gununsesi.org-a istinadən xəbər verir ki, bu sual Baş Nazirin birinci müavininə ünvanlanıb.

Yaqub Eyyubovun cavabı isə qısa olub: "Məndən bu barədə heç nə soruşmayın. İşdən azad olunan şəxslərlə bağlı da hər hansı bir şərhim yoxdur”.
BAKU.WS