VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyətə tərəfimizdən artıq qiymət verilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Dövlət Dumasının deputatı Konstantin Zatulinin işğal altındakı Dağlıq Qarabağa səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı Rusiyaya verdiyi notaya münasibət bildirib.

Zaxarova Dağlıq Qarabağa səfər edən və orada bəyanatlar səsləndirən rusiyalı siyasətçilərin, qanunverici hakimiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin çıxışlarının onların şəxsi nöqteyi-nəzərləri olduğunu bildirib. O, rəsmi mövqenin ancaq Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən açıqlandığını söyləyib:

“Deyə bilərəm ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında çoxdandır Azərbaycanın xüsusi razılığı olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik yeddi rayona səyahət edənlərin ölkəyə girişinə qadağa qoyulması ilə bağlı xəbərdarlıq yerləşdirilib. Bu, aktual xəbərdarlıqdır və hamıya aiddir”.
BAKU.WS