SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri Giorgi Qaxariya arasında təkbətək görüş olub.

BAKU.WS-in məlumatına görə,sonra Azərbaycanın Baş Naziri Əli Əsədovun adından Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın şərəfinə şam yeməyi verilib.

Sonra Gürcüstanın baş naziri Giorgi Qaxariyanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Qaxariyanı Azərbaycanın baş nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
BAKU.WS
QALEREYA