SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov Rafael Cəbrayılovun deputat mandatından imtina etməsi ilə danışıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, o, R.Cəbrayılovun 15 illik deputat fəaliyyəti ilə bağlı MSK-ya xüsusi şikayətlər daxil olmadığını söyləyib:

“Rafael Cəbrayılov Milli Məclisə müraciətində III və IV çağırış deputat mandatını girov qoyması məsələsinin tamamilə yalan olduğunu bildirib. Qeyd edim ki, son dövrlər mətbuatda yazılanlar isə onun nə qədər qeyri-səmimi davrandığını göstərir. Deputat mandatından kənar fəaliyyətlə məşğul olursansa, bu, həm öz adına, həm də Milli Məclisə xələl gətirir. Arzulayırdıq ki, deputat qanunazidd hərəkətlər etməsin. Əgər deputat mandatından imtina etmək istəyirdisə, o birinci növbədə Mərkəzi Seçki Komissiyasına müraciət etməli idi. Ancaq o, Milli Məclisə müraciət edərək, onların mərhəmətinə sığınmaq istəyib. Onun mandat daşımağa haqqı yoxdur”.

Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
BAKU.WS