SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı - 2019” təliminin növbəti mərhələsi icra olunub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Bu mərhələdə xüsusi təyinatlılar terrorçular olan binanın həmlə ilə zəbt edilməsi, eləcə də şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması üzrə tapşırıqları yerinə yetiriblər.

Fəaliyyətlər aviasiyanın dəstəyi ilə həyata keçirilib.
BAKU.WS
QALEREYA