VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman ilə görüşüb.

BAKU.WS xəbər verir ki, nazir Elmar Məmmədyarov xorvatiyalı həmkarını xarici işlər naziri təyinatı ilə bağlı təbrik edib.

Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb və Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
BAKU.WS