VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun iclasını şərh edib.

BAKU.WS xəbər verir ki, o, iclasda Ermənistanın qeyri-qanuni hərəkətinin bir daha pislənildiyini qeyd edib. Həmçinin Azərbaycana onun ədalətli mübarizəsində dəstək göstərilməsinin vacibliyi vurğulanıb.

Politoloq qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq təşkilatlar içərisində Dağlıq Qarabağla bağlı Azərbaycana ən çox dəstək nümayiş etdirən təşkilat olduğunu vurğulayıb. Bununla belə təşkilatla bağlı sadəcə iki sualın aktuallığını artırdığını qeyd edib:

“Birinci sual: Təşkilatın Azərbaycan torpaqlarının işğalı ilə bağlı formalaşdırdığı Təmas Qrupu Azərbaycana dəstək bəyanatları ilə yanaşı işğalçı Ermənistana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirə bilərmi və ya bunu istəyirmi? Çünki Ermənistan bu bəyanatları heçə sayır.

İkinci sual: İslam Konfransı Təşkilatı bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü və işğala son qoyulmasını dəstəkləyərkən, üzv ölkələr Ermənistanla əlaqələrinə niyə yenidən baxmırlar? Tam əksinə, Ermənistana dəstəyi artırmaq istəyən İslam ölkələri var. Məsələn təşkilatın üzvü olan Livanın xarici işlər naziri bugünlərdə İrəvana gedərək Azərbaycanın pilotsuz aparatlarını vurmaq üçün Ermənistana yardm edə biləcəklərini bildirib. Başqa neqativ misallar da var. Digər İƏT üzvü Qətər son illərdə Ermənistanla sıx əlaqələr qurub”.

Elxan Şahinoğlu əslində bu məsələnin iclasda Azərbaycan tərəfindən qaldırılmamasına da irad bildirib. O deyib ki, bu məsələləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının Təmas Qrupunun toplantısında qaldırmalı idi.

Qeyd edək ki, bu Təmas Qrupu İslam Əməkdaşlıq Təşkilatının 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təsis olunub. Təmas Qrupu Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bugünə qədər Təmas Qrupu 3 iclas keçirib.
BAKU.WS