VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Ukrayna hökuməti 88 siyasətçinin diplomatik pasportunu ləğv edib.
 
BAKU.WS-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.
 
Bəyanatda qeyd olunur ki, həmin şəxslər diplomatik pasportdan istifadə hüququndan məhrum ediliblər. Siyahıda keçmiş baş naziri Nikolay Azarov, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin mətbuat katibi Anna Germanın adı var.
 
Bununla yanaşı, siyahıda Regionlar Partiyasının keçmiş liderlərindən Aleksandr Yefremov, kölgə hökumətinin naziri Boris Kolesnikov və digərlərinin adları qeyd olunub. 
 
BAKU.WS