VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Musiqi Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib. 

BAKU.WS xəbər verir ki, Mehriban Əliyevanın rəsmi Instagram hesabında paylaşılan fotoda bu sözlər qeyd edilib: 

"Əziz dostlar.

Bu gün Milli Musiqi Günüdür. 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olmuşdur.

Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlmişdir. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik".

BAKU.WS