SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev sentyabrın 11-də Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BAKU.WS görüşdə Azərbaycanla ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycanın Rusiyanın ayrı-ayrı vilayətləri, o cümlədən Sverdlovsk vilayəti ilə əlaqələrinin genişlənməsinin məmnunluq doğurduğu bildirildi.

Söhbət zamanı Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin 85 faiz artması iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirildi, ticarət dövriyyəsinin daha da artırılması üçün lazımi potensialın mövcud olduğu vurğulandı. Eyni zamanda, Bakıda keçiriləcək biznes forumun əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Son illər Rusiyadan Azərbaycana gələn turistlərin sayının durmadan artdığı vurğulanaraq, Sverdlovsk vilayəti ilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin önəmi bildirildi.

Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən sənaye, maşınqayırma sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşu, mədəniyyət, təhsil sahələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edildi.
BAKU.WS