055 213 76 73
DGK-dən BAKU.WS-ə verilən məlumata görə, Komitə sədri idarələrdə gömrük işinin təşkili prosesini müşahidə edib, gömrük əməkdaşlarına müvafiq tapşırıqlarını verib, sahibkarlarla görüşərək onların fikirlərini, xidmətin təşkili barədə təklif və rəylərini dinləyib.
Hər iki qurumda keçirilən xidməti müşavirələrdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, bu islahatların beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasında mühüm rolundan bəhs edib.
Gömrük sistemində son dövrlərdə mühüm nailiyyətlər əldə edildiyini bildirən Səfər Mehdiyev hələ də bəzi nöqsanların olduğunu diqqətə çatdırıb və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.
BAKU.WS