VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qırğız həmkarı Sooronbay Jeenbekovu təbrik edib. 

BAKU.WS xəbər verir ki, təbrik məktubunda belə deyilir: 

"Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sooronbay Jeenbekova

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qırğızıstan xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2019-cu il".
BAKU.WS