VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın sərhədçilərinin Qazax istiqamətində döyüş mövqelərini irəli çəkdiyini bildirib.
 
BAKU.WS xəbər verir ki, bu barədə “AzeriDefence” jurnalının baş redaktoru, hərbi jurnalist Rəşad Süleymanov feysbuk hesabında yazıb:

"DSX Sərhəd Qoşunları Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkərək, neytral ərazidəki yüksəkliklərdə yeni mövqelər yaradaraq, böyük bir ərazini tam nəzarət altına götürüb.

Düşmənlə döyüş aparılaraq irəli çəkilən mövqelərimizdən Ermənistan Respublikası ərazisindəki düşmən mövqeləri nəzarət altındadır".
BAKU.WS