VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, təlimlər trenajorlar və döyüş texnikasından geniş istifadə edilməklə xəritələr üzərində və ərazidə, eləcə də qabaqcıl informasiya texnologiyalarının tətbiqi ilə simulyasiya mərkəzlərində keçirilir.

Təlimlərin gedişində dayanıqlı idarəetmə, əməliyyatların hərtərəfli təminatı, həmçinin iştirak edən bütün idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili məsələlərinə xüsusi diqqət yetirilir.

Qoşunların hədlərə, cəmləşmə rayonlarına çıxışı, onların tutulması, yenidən qruplaşması, dəmiryolu nəqliyyatına döyüş və digər texnikanın yüklənməsi kimi fəaliyyətlərinin nəzəri cəhətdən dəyərləndirilməsi və digər məsələlər xüsusi təyin edilmiş bölmələr tərəfindən praktiki yoxlanılır.
BAKU.WS
QALEREYA