SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın Xarici İşlər Nazirliyi Keşikçidağ (David Qareci) monastır kompleksi ilə bağlı problemin gündəlikdə yer aldığını açıqlayıb.

BAKU.WS 
xəbər verir ki, bu barədə "Qruziya Onlayn" portalı məlumat yayıb. 
 
İyulun 30-da keçirilən mətbuat konfransında xarici işlər nazirinin müavini Laşa Darsaliya bəyan edib ki, iyulun 14-də Gürcüstan-Azərbaycan sərhədində baş vermiş hadisə iki ölkənin sərhəd xidmətlərinin birgə və təxirəsalınmaz addımları nəticəsində həll olunub.
 
"Azərbaycan tərəfi bu hadisədən sonra ərazidə sərhədçilərin sayını artırıb və nəzarət etdiyi ərazilərə maddi-texniki dəstək göstərilməsi üçün müvəqqəti infrastrukturunu inkişaf etdirib.

Ərazidə gürcü sərhədçilərin sayı da artıb. Hazırda sərhəd idarələri arasında fəal danışıqlar aparılır ki, insident tamamilə aradan qaldırılsın və normal məcraya qayıtsın.

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası komissiyasının üzvləri ekspertlərlə birgə avqustun 19-da Keşikçi Dağı Məbəd-Kompleksinə baş çəkəcəklər",-deyə nazir müavini əlavə edib. 

Qeyd edək ki, iki həftə öncə Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçi Dağ” Məbəd-Kompleksində bir qrup gürcü ilə azərbaycanlı sərhədçilər arasında insident baş verib.

Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhədçilərinə hücum çəkərək, onların silah və güllə daraqlarını əllərindən alıblar.
BAKU.WS