SİZİN REKLAM BURADA!
055 213 76 73


Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hazırda R.Atakişiyevin axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Polkovnik-leytenant Rəşad Atakişiyev hərbi hissə komandirinin müavini idi.

34 yaşlı R.Atakişiyevin iki oğlan övladı var.

Hazırda pilotun axtarışları davam etdirilir. Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb.
BAKU.WS