“Global Firepower” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısı ilə bağlı hesabat açıqlayıb.

Azərbaycan Ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib.

Siyahıda birinci yerdə ABŞ, ikinci yerdə Rusiya, üçüncü yerdə isə Çin ordusu qərarlaşıb.

Türkiyə siyahıda 9-cu, İran 14-cü, Gürcüstan isə 85-cidir.

Ermənistan yeni reytinqdə 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb. 

BAKU.WS