Almaniyanın “Die Welt” qəzeti Avropaya qarşı müharibə hazırlığı apardığı görüntüsü yaratdığını yazıb.

BAKU.WS “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, qəzet yazdığı məqaləni NATO Baş katibinin keçmiş köməkçisi, təqaüddə olan general Henrix Braus və Kiyev Universitetinin Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru Yoaxim Krausa açıqlamalarına əsasən hazırlayıb.

Qeyd edilib ki, Rusiya “qanunsuz” nüvələrlə silahlanmağa davam edir və bu addımla da NATO-nu hərəkətə keçmək məcburiyyətində qoyur.
Brausun fikrincə, Rusiya Qərb dövlətləri ilə münasibətləri bilərəkdən pisləşdirib və NATO dövlətlərinin ittifaqını dağıtmağa çalışır:

“Lakin, NATO ilə müharibədən qalib ayrılmayacağının fərqində olduğu üçün nüvə silahı ilə gözlənilməz zərbə endirə bilər”, - deyə Braus iddia edib.

Keçmiş general Rusiyanın hücum edə biləcəyi potensial hədəflərin sırasında Qara dəniz bölgəsini, Baltikyanı ölkələri, Polşa və Ukraynanı göstərib.
Hər iki ekspert coğrafi mövqeyinə görə əsas “açar” rolunu Almaniyanın oynayacağını bildiriblər.

Fərid ƏDALƏT
BAKU.WS