Dövlət Sərhəd Xidməti (DSX) rəisinin sabiq şəxsi heyət üzrə müavini, mərhum general-mayor Məhəmməd Abbasquliyevin oğlu Əli Abbasquliyev DSX Akade­mi­yasında təhsilini başa vuraraq sərhədçi zabit kimi xidmətə başlayıb.

BAKU.WS
report-a istinadən xəbər verir ki, DSX-nin rəisi, ge­neral-pol­­­kovnik Elçin Quliyev DSX Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimində leytenant rütbəsini Ə.Abbasquliyevə təqdim edib.

E.Quliyev Ə.Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib. Xidmət rəisi sər­hədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gə­ləcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xid­məti (DSX) Akademiyasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçirilib.
BAKU.WS