055 213 76 73
BAKU.WS xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda əksini tapıb.
Sərəncam Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə imzalanıb.
Sərəncama əsasən, Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq. Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adı veriləcək.
Qeyd edək ki, Fərman Salmanov 1931-ci ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsini bitirib. 1961-ci ildə Megion yatağını kəşf edib.
2007-ci ildə Rusiyada vəfat edib.
2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
BAKU.WS