Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli sərəncamının birinci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir: 

“Komissiyanın həmsədri 

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri 

Komissiyanın üzvləri 


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 

Azərbaycan Respublikası energetika nazirinin müavini 

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini 

Azərbaycan Respublikası təhsil nazirinin müavini 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini 

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini 

Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri”. 

Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamın birinci hissəsi ilə edilən dəyişiklik barədə Serbiya Respublikası tərəfinə bildiriş göndərməsi tapşırılıb.
BAKU.WS