VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb.

BAKU.WS Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, görüşdə Müdafiə naziri Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışıb.

O bildirib ki, Ordumuz işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir.

Gənc liderlər çıxış edərək Vətənimizin daha da qüdrətlənməsi naminə onların qarşısında duran vəzifələrin məsuliyyətini dərindən dərk etdiklərini, bu yolda əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.
BAKU.WS