VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər nazirinin birinci müavini təyin olunan Seyfulla Əzimovun təyinatı Prezident İlham Əliyevin sərəncamı ilə baş tutan kadr dəyişikliyinin nəticəsi idi.

Belə ki, bir neçə gün öncə prezidentin imzaladığı sərəncam ilə general-polkovnik Ramil Usubov Daxili İşlər vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi təyin edildi.  Digər sərəncam ilə Daxili İşlər nazirinin birinci müavini olan Vilayət Eyvazov Daxili İşlər naziri təyin edildi. 

Bu günə kimi Daxili İşlər nazirinin birinci müavini postu boş idi. Bu gün prezidentin sərəncamı ilə Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov Daxili İşlər nazrinin birinci müavini təyin edildi. 

BAKU.WS Anews.az-a istinadən xəbər verir ki, onun adı qubalılara daha çox tanış olsa da, Əzimovun ulduzu ADNA-da 2009-cu ildə baş verən terror hadisəsindən sonra parlamağa başlayıb. O, həmin vaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Hadisəni eşidən kimi ADNA-ya gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyada avtomatla yoxlama apardığını əks etdirən kadrlar da var. 

Qısa müddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona daha böyük post - Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") etibar olunur.

Maraqlıdır ki, bir neçə il ərzində ardıcıl vəzifə təyinatı alan Əzimovla bağlı Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin olunana kimi  mediada çox az məlumata rast gəlmək olar. 

ADNA-da baş verən terror hadisəsini əks etdirən kadrlardan əldə etdiyimiz fotoları təqdim edirik.
BAKU.WS
QALEREYA