VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllərdir nəqliyyat sahəsində çalışmış, peşəkar kadrlardan olan sabiq nazir müavini Musa Pənahov yeni vəzifəyə təyin edilib.

BAKU.WS-in eksklüziv olaraq əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov əmr imzalayıb. 

Qərara əsasən Musa Pənahov Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib.

Qeyd edək ki, Musa Pənahov Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb.

1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cı il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Fəxri Dəmiryolçudur.

Ailəlidir, 2 övladı var.
BAKU.WS