SİZİN REKLAM BURADA!
055 213 76 73


Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov tender yolu ilə “Mercedes Benz S 350” xidməti avtomobilin alınmasından danışıb.

BAKU.WS Unikal.org-a istinadla xəbər verir ki, A.Məmmədov bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb:

“2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan “Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”. 

İcra başçısı sözügedən avtomobilin dəyərinin büdcələrinə uyğun olmadığı üçün təxirə salındığını da deyib: “Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Olunan avtomobillərin də qiyməti çox bahadır. Ona görə, “Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.

Qeyd edək ki avtomobilin alınması ilə bağlı tender elanı 2 gün əvvəl - iyunun 29-da açıqlanıb.
BAKU.WS