SİZİN REKLAM BURADA!
055 213 76 73


“Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları ölkədə sabitlik və təhlükəsizlik istiqamətində atılan addımların tərkib hissəsidir. Yəni, ölkənin gələcək dinamik və davamlı inkişafı sabitlikdən, ictimai-asayişin daha etibarlı şəkildə müdafiə olunmasından, dövlətin təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiə olunmasından asılıdır. Bu baxımdan da Prezidentin həyat keçirdiyi kadr islahatlarını Azərbaycanın inkişafına yönəlik həyata keçirilən islahatların daha da dərinləşməsində və ölkə həyatının bütün sahələrini əhatə edən islahatlar kimi dəyərləndirmək lazımdır”.

BAKU.WS xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

Deputat bildirib ki, cənab  Prezidentin genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının əsas hədəfi Azərbaycanda daha güclü cəmiyyətin formalaşdırılmasına xidmət edir:

“Ölkə başçısının əsas hədəfi Azərbaycanın iqtisadi cəhətdən güclü olması və dinamik inkişaf etməsi, vətəndaşlaırnın sosial rifah halında yaşaması, sosial hədlərin bərpa olunduğu, sabitlyin hökm sürdüyü, dövlətin və vətəndaşının daha təhlükəsiz, ictimai-asayişin bərqərar olduğu Azərbaycan dövləti formalaşdırmaqdır.

Cənab İlham Əliyev 2003-cü ildən etibarən belə bir cəmiyyəti formalaşdırmaq üçün bünövrəsi Ulu Öndər tərəfindən qoyulan inkişaf və təhlükəsizlik strategiyasının prinsiplərinə, eyni zamanda qlobal və geosiaysi çağrışlara, dövrün tələblərinə uyğun şəkildə islahatlar həyata keçirməkdədir. Məhz onun yorulmaz fəaliyyəti nəticəsində son 16 ildə Azərbaycanda sabitlik hökm sürməkdə, insanlar təhlükəsiz bir həyat yaşamaqdadır. Bunu hamı  yaxşı bilirik ki, ölkənin inkişafı sabitliklə bağlıdır. Sabitlik olmadan inkişaf ola bilməz”.

Deputat əlavə edib ki, ölkədə sabitliyin  və ictimai-asayişin təmin olunmasında  Azərbaycan Prezidentinin yorulmaz əməyi dayanırsa, burada polisin, təhlükəsizlik qurumlarının, ordunun da rolu danılmazdır:

“Polis, təhlükəsizlik orqanları, ordu  və digər aidiyyatı qurumlar Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın təhlükəsizliyinin keşiyində dayanmaqla, ölkədə iqtisadi, sosial sahədəki islahatların  həyata keçirilməsinə öz dəstəklərini verirlər. Məhz sabitliyin və ictimai-asayişin qorunması nəticəsində islahatlar uğrula həyata keçir və Azərbaycan vətəndaşı bunu gündəlik həyatında hiss edir. Bu bu gün ölkədə  bərqərar olan sabitliyə, təhlükəsizliyə və inkişafa görə ölkə başçısına, polisə, təhlükəsizlik orqanlarına, orduya borcluyuq.

Əgər adı çəkilən qurumların  fədakarlığı olmasaydı, Azərbaycanı sevməyən, düşmən qüvvələr ölkədə təxribatlar vasitəsi ilə sabitliyi pozardılar. Hansı ki, dəfələrlə belə hallara cəhdlər edilib. Xarici düşmənlərimiz daxildəki əlaltıları vasitəsi ilə buna cəhdlər ediblər və onlar   Azərbaycanı Liviyaya, Suriyaya, İraqa çevirmək istəyiblər.

Ancaq  güc strukturlarımızın əməyi sahəsində bunun qarşısı alınıb. Məhz regionda və dünyada baş verən prosesləri nəzərə alan Ali Baş Komandan dövrün çağrışlarına və tələblərinə uyğun olaraq Azərbaycanın  təhlükəsizliyinin daha da etibarlı formada təmin etmək üçün güc strukturlarında islahatlar həyata keçirilib. Bir daha deyirəm ki, bu islahatlar cəmiyyətə harmoniyanı təmin edir, daha güclü cəmiyyətin qurulmasına xidmət edir”.
BAKU.WS