İstanbul Böyükşəhər Bələdiyyəsinə seçkilər tamamlanıb.

BAKU.WS-in Türkiyə mətbutına istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saat 8-də açılan seçki məntəqələri saat 17:00-da bağlanıb.

Son məlumata görə səslərin 97,97 faizi sayılıb. Ekrem İmamoğlu 4.679.067 səs, onun əsas rəqibi Binəli Yıldırım isə 3.908.104 səs toplayıb.

Artıq Binəli Yıldırım rəqibini təbrik edib.
BAKU.WS