VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Türkiyədə İstanbul üzrə təkrar bələdiyyə seçkiləri keçirilir.

BAKU.WS xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasında mübarizə olacağı gözlənilir. Digər namizədlər Səadət Partiyasından Necdet Gökçınar və Vətən Partiyasından Mustafa İlker Yüceldir.

Türkiyə vaxtı ilə saat 08.00-dan 17.00-dək davam edəcək seçkilərdə 10 milyon 560 min 963 seçici növbəti 5 illik müddətə İstanbulun yeni bələdiyyə sədrini seçmək üçün səs verəcək. Seçkilərlə əlaqədar İstanbulun 39 rayonunda 62-si cəzaçəkmə müəssisələrində, 156-sı səyyar olmaqla 31 min 342 məntəqə yaradılıb.

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermənin nəticələri AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə ləğv olunub.
BAKU.WS