SİZİN REKLAM BURADA!
055 213 76 73


Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüb.

Bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, görüş zamanı intensiv məsləhətləşmələr, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyəti, substantiv əsasda danışıqların irəli aparılması yolları, regionda vəziyyət və bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sabah Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. 

BAKU.WS