VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycan qadınları düz 101 il əvvəl seçmək və seçilmək hüququ əldə ediblər. Bu, qeyri-adi bir şey idi”.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda Azərbaycan Milli Məclisi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Bir çox Avropa ölkələri qadınlara bu hüququ Azərbaycandan sonra verib. Azərbaycan qadınları ictimai-siyasi həyatda uğurlu yol keçiblər. Mən beynəlxalq konfranslarda tez-tez bunu vurğulayıram ki, Azərbaycanda feministlər yox idi. Çünki biz öz hüquqlarımızı kişilərlə bərabər almışıq. Ona görə də bu sahədə mübarizə aparmağa ehtiyac yox idi”, - H. Hüseynova vurğulayıb.
BAKU.WS