VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Əvvəlcə 600 il Qafqaz Albaniyasının paytaxtı olmuş turizm şəhəri Qəbələyə indiyə qədər gəlmədiyim üçün peşman olduğumu vurğulamaq istəyirəm. Hər mənada - təbiəti, insanları ilə mükəmməl şəhərdir. Hər kəsin gəlməsini tövsiyə edirəm”.

BAKU.WS xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələdə keçirilən üçtərəfli görüşündən sonra təşkil olunan brifinqdə bildirib.

Göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edən H.Akar əlavə edib ki, Cənubi Qafqaz mövzusunda ortaq mövqeyə sahib olan Zakir Həsənov və Levon İzoriya ilə bir araya gələrək, regional məsələləri və ölkələrin vəziyyətini müzakirə ediblər:

“Əməkdaşlığımızın mövcud vəziyyəti, perspektivləri barədə fikir mübadiləsi apardıq. Üç ölkənin yerləşdiyi coğrafiya neft və təbii qaz kimi önəmli enerji mənbələrinin işlənməsi, onların dünyanın digər bölgələrinə çatdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiya beynəlxalq aktorların da qarşı-qarşıya gəldiyi, üzərində xüsusi durduğu bölgədir. Bu səbəbdən üç ölkənin əməkdaşlığı, birlikdə fəaliyyət göstərməsi çox önəmlidir”.

Türkiyəli nazir qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir:

“Müdafiə, hərbi və təhlükəsizlik sahəsində üç ölkənin də maraqlarına xidmət edən əməkdaşlıq mövcuddur. Yeni planlar hazırlanır. İnanıram ki, gələcəkdə yalnız müdafiə, hərbi və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq, digər sahələri də əhatə edəcək. Əməkdaşlığın miqyası genişlənəcək. Bu əməkdaşlıq digər ölkələr üçün örnək olacaq. Yaxın zamanlarda ölkələrimiz arasında müdafiə sahəsində imzalanan əməkdaşlıq protokolunun müsbət nəticələrinin şahidi olacağıq”.
BAKU.WS