VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fuad Abbasovun hələ də miqrantlar üçün müvəqqəti saxlanma məntəqəsində saxlanılması ilə bağlı dəqiq izahat verilmir.

BAKU.WS xəbər verir ki, bunu Fuad Abbasovun vəkili Teyyub Şərifov APA-nın Moskva bürosuna bildirib.
O, bu gün Fuad Abbasovla görüşdüyünü söyləyib.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlat üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir.
BAKU.WS