VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Politoloq Rusif Məmmədsoy ABŞ dövlət katibi Mayk Pompeonun İran haqqında açıqlamalarını və bundan sonra ABŞ və İran arasında gözlənilən siyasi prosesləri şərh edib.

BAKU.WS xəbər verir ki, politoloq Pompeonun “Əgər İran özünü normal ölkə kimi aparmaq istədiyini göstərsə ABŞ İranla şərtsiz danışıqlara hazırdır” sözlərini xatırladaraq bunun İran prezidenti Həsən Ruhaninin bəyanatına cavab olduğunu deyib. Belə ki, Ruhani demişdi ki, ABŞ İrana hörmətlə yanaşsa danışıqlara gedə bilərik:

“Əlbəttə, hər iki dövlət yaxşı anlayır ki, vəziyyət daha da gərginləşərsə, bu, heç bir dövlətə xeyir verməyəcək. Bu mənada ABŞ-ın belə bir addım atacağını gözləməyə deyərdi. Çünki, ABŞ prezidenti Donald Tramp büdcədən maliyyə çox gedir deyə Yaxın Şərqdə də maliyyəni kəsir. Yəni, Tramp seçkilərə az qalmış bir zamanda hər hansı gərginlik və ya təzyiq görmək istəmir. Bu da başa düşüləndir. Tramp yaxşı başa düşür ki, bu tip məsələlər seçkilərdə onun əleyhinə işləyə bilər”.


R.Məmmədsoy qeyd edib ki, son olaylar İranı olduqca narahat edir:

“İranın əsas gəliri neft hasilatındandır. Lakin, Çin və Hindistan kimi əsas alıcılar İrandan neft idxalını dayandırır. Bu isə İranın sonunun başlanğıcı hesab edilə bilər. Çünki, İranın əsas gəlir mənbəyi məhz həmin ölkələrdəndir. Bu mənada ABŞ-ın iqtisadi sanksiyalarından olduqca əziyyət çəkir. Belə davam edərsə və əməkdaşlıqlar bərpa edilməzsə, ölkə daxilində də ciddi problemlər yaşayacaq. İqtisadi çətinliklərdən əziyyət çəkən xalq ayağa qalxa bilər və ölkəni etiraz dalğası bürüyər. Bu səbəbdən də Həsən Ruhani müəyyən güzəştlərə getməyə hazır olduğunu vurğulayır”.

Fərid ƏDALƏT
BAKU.WS