SİZİN REKLAM BURADA!
055 213 76 73


ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar. 

BAKU.WS-in məlumatına görə, həmsədrlər qeyd edibklər ki, səfərin əsas məqsədi tərəflər arasındakı təmas xəttində və dövlət sərhədindəki mövcud vəziyyətin qiymətlətləndirilməsi, habelə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında martın 29-da, xarici işlər nazirləri səviyyəsində isə aprelin 15-də aparılan müzakirələri davam etdirilməsindən ibarətdir.

Həmçinin bəyanatda bildirlir ki, həmsədrlər münaqişənin həlli əsnasında sonrakı addımlarla, o cümlədən humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı təkliflərini açıqlayıb, Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin yaxın vaxtlarda onların iştirakı ilə görüşmək təklifini qəbul ediblər. 

O cümlədən, sənəddə təmas xəttində insan tələfatından dərin narahatlıq ifadə olunub, tərəflər gərginliyin daha da artmaması naminə maksimum təmkinli olmağa çağırılıb.

Qeyd edək ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər. Onlar mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, eyni zamanda müdafiə naziri David Tonoyanla görüşüblər. Mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Mayın 30-da isə Bakıya gəliblər.
BAKU.WS