VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"İlham Əliyevlə mən heç kimin inanmadığı layihəni reallaşdırdıq".
 
BAKU.WS-in məlumatına görə, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili söyləyib. Gürcüstanın sabiq prezidenti Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ukrayna və Çin arasındakı yeni marşrutu unikal adlandırıb. 

"Mən hələ bu layihə barədə Azərbaycan prezidenti İlham Əliyevlə 2014-cü ildə müzakirə aparmışdım. Daha sonra isə Ukrayna prezidenti Pyotr Poroşenkoyla danışıqlarımız olub. Biz bu layihənin müvəffəqiyyətlə reallaşacağına inandıq. Heç kim inanmırdı, amma biz inandıq", - deyə Saakaşvili bildirib. 

Qeyd edək ki, bu "İpək yolu" vasitəsi ilə Avropadan Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə Çinə və geriyə konteyner qatarları hərəkət edəcək. Bununla yanaşı, Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasına da mümkün olacaq. "İpək yolu" Çinlə Avropanı birləşdirəcək böyük layihədir.
 
BAKU.WS