SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın İllinoys ştatının qubernatoru JB Pritzkerin imzaladığı bəyannamə ilə 28 may 2019-cu il tarixi İllinoys ştatının bütün ərazisində "Azərbaycan Milli Günü" elan edilib.

1918-ci ilin 28 may tarixində müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikası yaradılıb və bu dövlət digər demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanınıb.

Qeyd olunur ki, qısa ömür sürməsinə baxmayaraq, ADR irqindən, cinsindən, etnik kimliyindən və ya dinindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ vermiş və müsəlman dünyasında qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk dövlət olub.

Qubernator bildirir ki, müstəqilliyinin bərpasından keçən son iki onillik ərzində Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və olduqca mühüm Xəzər bölgəsində ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrilib.

Sonda hər il bütün dünyada milyonlarla azərbaycanlının 28 may tarixini milli gün kimi qeyd etdiyini vurğulayan qubernator bu tarixi İllinoys ştatının bütün ərazisində "Azərbaycan Milli Günü" elan edib və bütün ştat sakinlərini bu günü qeyd etməyə çağırıb.
BAKU.WS
VİDEO

QALEREYA