SİZİN REKLAM BURADA!
055 213 76 73


Bəzi qüvvələr Gürcüstanla Azərbaycan arasında münasibətlərə xələl gətirmək istəyirlər. Gürcüstanda da bəzi naşı siyasətçilər bu məsələni qabardırlar.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisdə (MM) Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri ilə görüşdə birinci vitse-spiker, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. 

O deyib ki, 1990-cı illərin əvvəlində bəzi Gürcüstan rəhbərləri azərbaycanlılara qarşı ayrıseçkilik siyasəti həyata keçiriblər:

“Azərbaycanla Gürcüstan arasında “Keşikçidağ” məsələsini şişirtmək lazım deyil, bu məsələ həllini tapacaq”.
BAKU.WS