VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Süleyman Rüstəm küçəsində yerləşən tarixi bina ətrafında yaranan qalmaqala reaksiya verib. 

BAKU.WS-in məlumatına görə, Mehriban Əliyeva 1900-cü ildə inşa olunan binanın dövlətin nəzarətində olduğunu bildirib.

”Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq", - Birinci vitse-prezident qeyd edib.

Xatırladaq ki, hazırda binada “Salaam Cinema Baku” icması yerləşir. Burada icmanın təşkilatçılığı ilə tədbirlər təşkil edilir, sərgilər olur, film nümayişləri keçirilir. 2018-ci ilin axırında bina özəlləşdirilib, indi mülk sahibi kirayənişinləri buradan çıxarmaq istəyir. Binanın söküləcəyi ilə bağlı ehtimallar var.

BAKU.WS
QALEREYA