SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycanda seks turizmi inkişaf edir. Biz onsuz da bunu bacarmayacağıq. Gəlib, pulla və s. yollarla qızlarımızı yoldan çıxarırlar. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır”.

BAKU.WS
 
report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Araz Əlizadə deyib.

O xatırladıb ki, Rusiyada çoxmənzilli binalarda hostellər təşkil edilməsinə icazə verilmişdi:

“Amma sonradan bu məsələdə dəyişiklik etdilər. Dəyişiklikdən sonra binaların birinci mərtəbəsində hostel təşkil etməyə icazə verdilər, girişi də ayrı olmalıdır. İnsanlar öz evlərində rahat yaşaya bilmirlər. Biz qanunvericiliyə bu istiqamətdə dəyişiklik etməliyik”.

BAKU.WS