SİZİN REKLAM BURADA!
055 213 76 73


"Tərəqqi" medalı ilə təltif edilən “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvləri Elman Talıbov və Balaş Qasımov Prezident İlham Əliyevə təşəkkür ediblər.

Təşəkkür məktubunda deyilir: 

"Uzun illərdir məmnuniyyətlə məşğul olduğumuz fəaliyyətimizə verilən yüksək qiymətə görə cənab Prezidentə minnətdarlıq etmək istərdik. 

Bütün bu illər ərzində biz cənab Prezidentin qayğı, dəstək və diqqətini hiss edirik. 

Məhz onun təşəbbüsü ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə ilk 3 dünya çempionatı (2002-2004), Bakıda Millətlır Kuboku, televiziya klubları arasında dünya çempionatları, 2014-cü ildən dünyanın ən yaxşı bilicilərinin iştirak etdiyi, Azərbaycan Prezidenti kuboku uğrunda Breyn Rinq oyunu keçirilir. 

Bütün bunlar Bakının dünyada bilicilərin intellektual mərkəzlərindən birinə çevrilməsinə təkan vermişdir. Qeyd etmək istərdik ki, cənab Prezidentin təşəbbüsü ilə bu ilin 7-8 sentyabrında biz yenidən "Nə? Harada? Nə zaman?" üzrə Dünya Çempionatını qəbul edəcəyik.

Bizi dəstəkləyən, uğurlarımıza öz uğuru kimi sevinən hər kəsə təşəkkürlər! Gələcəkdə də beynəlxalq səviyyədə Azərbaycanı layiqincə təmsil etməyə, yüksək etimadı doğrultmağa çalışacağıq. 

Cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildiririk!
BAKU.WS