SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Xorvatiyanın Azərbaycandakı səfirliyi açılıb.

BAKU.WS xəbər verir ki, açılış mərasimində iştirak edən Xorvatiya Baş Nazirinin müavini və Xarici və Avropa İşləri naziri Mariya Peyçinoviç Buriç və Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov rəmzi lenti kəsiblər.

Bununla yanaşı, təntənəli mərasimdə Xorvatiyanın Xarici və Avropa İşləri nazirinin siyasət işləri üzrə müavini Viçe Skraçiç və iqtisadiyyat işləri üzrə müavini İvano Jivkoviç də iştirak ediblər.
BAKU.WS