SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.

Bu haqda məlumatı klubun rəsmi saytı yayıb.

BAKU.WS sonxeber.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Tale Heydərovun özü ilə əlaqə saxlamaq mümkün olmasa da, onun babası, millət vəkili Fəttah Heydərov qısa açıqlama verib. Fəttah Heydərov Tale Heydərovla bağlı xəbəri saytlardan gördüyünü deyib:

"Əslində xəbəri indicə saytlardan oxudum. Tale Heydərovun prezidenti olduğu "Qəbələ" İdman Klubundan istefa verməsinə təəccübləndim. Özü ölkə xaricində olduğu üçün hələ ki, heç bir məlumatım yoxdur".

Qeyd edək ki, T. Heydərov 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi.

BAKU.WS