VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsi son bir neçə ayda 30-dan çox binanın həm tikintisinə, həm istismarına icazə verib".

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında sözügedən qurumun sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

O, Prezident İlham Əliyevin 19 fevralda imzaladığı fərmanı ilə bağlı danışarkən qeyd edib, bundan əvvəl tikilmiş çoxmənzilli binalarda məskunlaşma var və istismara icazə verilməyib. "Bu prosesdə xeyli asanlaşma nəzərdə tutulub. Əsas prosedur odur ki, ilk olaraq bu obyektlərin sahibləri, yəni tikinti təşkilatları, belə təşkilatlar yoxdursa o binanı idarə edən təşkilatlar, bunlar da yoxdursa, həmin binanın yerləşdiyi ərazidən asılı olaraq yerli icra hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinə müraciət edib bu binanın siyahıya salınmasını təmin etməlidir.

Sonradan FHN-nin nümayəndələri, digər aidiyyəti orqanların nümayəndələri ilə birgə həmin binalara baxış keçirir və insanların yaşaması üçün müvafiq rəy verərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edirlər. Biz həmin sənədlərin əsasında Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş istismara sadələşmiş icazə forma formatında binalara icazə veririk və bu icazə barədə məlumatları həm Əmlak Məsələsi Dövlət Komitəsinə, həm Fövqəladə Hallar Nazirliyinə, həm də Təchizat təşkilatlarına göndəririk, yəni Azərişıq, Azəriqaz, Azərsuya ki, bu obyektlər artıq istismara verilib", - deyə D.Dövlətxanov əlavə edib.

O vurğulayıb ki, bu günə qədər biz 8 belə MTK üzrə sənədlər imzalamışıq və bu proses davam edir:

"Məqsədimiz bu prosesi tez bir zamanda həyata keçirməkdir. Aydındır ki, digər binalara nəzarət gücləndiriləcək. Düzdür, ilk növbədə, qeyd edim ki, Dövlət Tikinti Nəzarəti tikilən obyektlər üzrə FHN -dən keçirilir. Komitə tərəfindən də şəhərsalma tərəfindən keçirilir. Bu nöqteyi-nəzərdən həm qurumlar tərəfindən, həm bizim tərəfimizdən FHN tərəfindəm bu nəzarət gücləndiriləcək. Hazırda bizim Komitə tərəfindən icazələr verilir, həm istismara həm tikinti icazələrinə. Bizim Komitə tərəfindən son bir neçə ayda 30-dan çox belə icazə verilib".

BAKU.WS