SİZİN REKLAM BURADA!
055 213 76 73



Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırım seçkilərlə məğlub olması barədə açıqlama verib.

BAKU.WS xəbər verir ki, Binəli Yıldırım hələ nəticələrin rəsmi təsdiqlənmədiyini bildirib.

“Hazırda Türkiyə Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini hesablayır. Hələ də, açılmayan 14 qutu var. Rəqib bizdən 25 min səs çoxluğu il öndədir. Lakin unutmayın ki, hələ nəticələr tam bəlli deyil”, - deyə Binəli Yıldırım bildirib.

O, əlavə edib ki, məğlub olacağı təqdirdə, nəticələri qəbul edəcək və qalib gələn rəqibi şəxsən təbrik edəcək:

“Səslər hesablanandan sonra Mərkəzi Seçki Komissiyası qalib gələn sədri təsdiqləsə, bizə onu ancaq təbrik etmək qalır. Biz təbrik etməyi də bacarırıq”.

Qeyd edək ki, Türkiyədə keçirilən növbəti bələdiyyə seçkilərinin nəticələri gözlənilməz olub. Seçkilərin nəticələrinə görə, Türkiyənin böyük və əhəmiyyətli bölgələrindən saytılan İstanbul şəhərində müxalifət qələbə çalıb.

Belə ki, “Millət ittifaqı”nda təmsil olunan ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndəsi Ekrem İmamoğlu 48,80 % qazanıb. Onun rəqibi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Binali Yıldırım olub. O, az səs fərqi 48,51% ilə geridə qalıb.

Ziya SƏCCAD
BAKU.WS