VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan çox uğurlu regional əməkdaşlıq modeli qurub. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu model səmərəli əməkdaşlığa əsaslanır: “Bu, Azərbaycanın maraqlarına xidmət etməklə bərabər, bizim tərəfdaşlarımızın, qonşularımızın maraqlarına da xidmət edir. Burada biz nəqliyyat dəhlizlərini, enerji layihələrini qeyd edə bilərik".

Administrasiya rəsmisi əlavə edib ki, bütün bu proseslərdən kənarda qalan isə Ermənistandır: "Ermənistanın indiki hakimiyyəti iqtisadi islahatlar həyata keçirmək istəyirsə, öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı və qonşu dövlətlərlə sivil şəkildə davranaraq mehriban qonşuluq siyasəti həyata keçirməlidir”.

H.Hacıyev vurğulayıb ki, status-kvo dəyişdirilməlidir: “Azərbaycanın münaqişənin həlli ilə bağlı nümayiş etdirdiyi konstruktiv mövqe də xüsusi olaraq təqdir edilir”.

BAKU.WS