SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi Azərbaycan vətəndaşının Ermənistan hərbçiləri tərəfindən saxlanması barədə məlumatlara münasibət bildirib.


Mətbuat Mərkəzindən BAKU.WS-ə bildirilib ki, Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.

"Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­mış, həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.

Hal-hazırda araşdırma işləri davam edir", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Ermənistan sərhədini pozmağa cəhd edən Azərbaycan vətəndaşının tutulduğu barədə məlumat yayıb. Tutularkən erməni əsgərlər onu ayağından yaralayıblar.

BAKU.WS