VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yoxsul pensionerləri "alkaş və parazitlər" adlandıran deputat Həsən Nəbiyevin mandatı əlindən alınıb və təmsil etdiyi "Vahid Rusiya" (Yedinaya Rossiya) partiyasından çıxarılıb.

BAKU.WS 
Rusiya mətbuatına istinadən xəbər verir ki, Volqoqraddan olan azərbaycanlı deputat barədə verilən qərar administrasiyanın saytında dərc edilib.

Bildirilir ki, 14 mart 2019-cu ildən təcili olaraq Volqoqrad vilayətinin deputatı Nəbiyev Həsən Bilal oğlunun səlahiyyətləri onun yazılı ərizəsi əsasında dayandırılmış hesab edilsin.

"Yedinaya Rossiya" partiyası qalmaqallı çıxışından sonra onun partiya sıralarından xaric edilməsilə bağlı qərar çıxarıb.

Xatırladaq ki, H. Nəbiyev bu qalmaqallı çıxışını martın 6-da vilayət Dumasının işləməyən pensiyaçıların pensiyalarının hesablanması və ödənilməsi ilə bağlı yeni qaydaların müzakirəyə çıxarıldığı iclasda edib. O, çıxışında bildirib ki, pensiyası 10 min rubla çatmayan volqoqradlılar ona parazitləri və alkaşları xatırladır və belə şəxslərin pensiyalarına əlavələrin edilməsi məqsədəuyğun deyil. 

Həsən Nəbiyev uzun müddət “Qazprom transqaz Volqoqrad” MMC şirkətinin rəhbəri olub. 1954-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan Nəbiyev 1976-cı ildən indiki “Volqoqradneftmaş” ASC-də işləyib. Mühəndis vəzifəsindən sex rəisi, daha sonra “Volqoqradneftmaş” ASC-nin filialı olan Kotelnikovsk armatur zavodunun direktoru vəzifəsinə qədər yüksəlib. 2004-2016-cı illərdə “Qazprom transqaz Volqoqrad” MMC-nin baş direktoru işləyib. 2003-cü ildən isə vilayət Dumasının deputatıdır.

Zülfiyyə Qurbanova
BAKU.WS